Dünya

ABŞ: Putinin strateji məğlubiyyətinə qədər…

ABŞ Putinin strateji məğlubiyyətini təmin etmək üçün Ukraynanı dəstəkləyəcək.

Jamaz.info “Ukrainskaya Pravda”ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Cümə axşamı günü Blinken Ukraynanın gələcək sərhədlərinin müəyyən edilməsində diplomatiyanın rolunu təklif edib, eyni zamanda hər hansı dinc qərarların Kiyev tərəfindən qəbul edilməli olduğunu təkrarlayıb.

Qeyd edək ki, ABŞ dövlət katibi dəfələrlə müharibəyə diplomatiya yolu ilə son qoyulmalı olduğunu desə də, danışıqların yaxın perspektivlərini təkzib edib. Çünki o hesab edir ki, Rusiya bu əhval-ruhiyyədə deyil və diqqətini Ukrayna hərbçilərinin hücumlarını dəf etməyə yönəldib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button