Dünya

ABŞ prezidentliyinə namizəd Ukraynanın NATO-ya üzv olmayacağına söz verib

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Vivek Ramasvami 2024-cü ildə keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynanın Şimali Atlantika Alyansına üzv olmayacağına zəmanət verməyə hazır olduğunu açıqlayıb.

Jamaz.info Bizimyol.info-ya istinadən xəbər verir ki, prezidentliyə namizəd bu barədə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yazaraq xarici siyasət sahəsində seçki proqramının əsas məqamlarını açıqlayıb.

“Biz mövcud nəzarət xətlərinin dondurulmasını, Rusiya ilə iqtisadi əlaqələrin bərpasını dəstəkləyəcəyik və NATO-nun Ukraynanı öz sıralarına qəbul etməyəcəyinə qəti təminat verəcəyik”, – deyə o qeyd edib.

Eyni zamanda Ramasvami bəyan edib ki, buna cavab olaraq Rusiya Çinlə hərbi əməkdaşlığı dayandıracaq, Kalininqraddan nüvə silahlarını çıxaracaq və Qərb yarımkürəsində hərbi mövcudluqdan imtina edəcək.

O, həmçinin ABŞ-ın Çinə qarşı mövqeyini dəyişmək niyyətində olduğunu bildirib: “Strateji qeyri-müəyyənlikdən uzaqlaşaraq və açıq şəkildə söyləyərək Çinin Tayvanı ilhaq etməsinə mane olmağa davam edəcəyik: Biz Tayvanı 2029-cu ilə qədər müdafiə edəcəyik, amma sonra yox. Bu nöqtəyə qədər biz yarımkeçirici sənayesində artıq Tayvanın müstəqil olmasına şərait yaratmalıyıq. Bundan əlavə, biz Çindən iqtisadi asılılığı azaldacağıq, Hindistan, Yaponiya və Cənubi Koreya ilə əlaqələri, həmçinin kiber və nüvə hücumlarından qorunmaq məqsədi ilə öz imkanlarımızı gücləndirəcəyik”, – ali dövlət vəzifəsinə namizəd əlavə edib.

Ramasvami “Roivant Sciences” biofarmasevtik şirkətinin təsisçisidir və eyni zamanda “Strive Asset Management” investisiya fondunun icraçı sədridir. Fevralın 22-də o, 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb. Ramasvami daha əvvəl ABŞ-ın Ukraynaya dəstəyinin azaldılmasının tərəfdarı oluğunu bildirib. O, xarici siyasət proqramının təfərrüatlarını avqustun 17-də təqdim etməyi planlaşdırır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button