Dünya

ABŞ Krım uğrunda mübarizədə Ukraynaya belə kömək edəcək

ABŞ Krımı tamamilə işğaldan azad etmək üçün Ukraynaya silahla kömək etməyə hazırdır.
Jamaz.info Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə “The New York Times” yazır.
Jurnalistlər xatırladıblar ki, ABŞ rəsmi olaraq Krımdakı işğalçıların hərbi bazalarına zərbələr endirmək üçün Ukraynanı uzaqmənzilli silahlarla təmin etməkdən imtina etməklə “sərt xətt”ə riayət edir. İndi bu mövqe yumşalmağa başlayır, məqalədə deyilir.
Adının açıqlanmasını istəməyən bir neçə ABŞ rəsmisi nəşrə bildirib ki, Ukrayna rəsmiləri ilə aylarla davam edən müzakirələrdən sonra Bayden administrasiyası etiraf etməyə başlayıb ki, Krımdakı işğalçılara zərbə endirmək üçün Kiyevə güc lazım ola bilər, hətta belə bir addım eskalasiya riskini artırsa belə.
Bayden administrasiyası belə qənaətə gəlib ki, əgər Ukrayna hərbçiləri Rusiyaya Krım üzərində nəzarətinin təhlükə altına düşə biləcəyini göstərə bilsələr, bu, istənilən gələcək danışıqlarda Kiyevin mövqeyini gücləndirəcək, – materialda həmçinin bildirilir. Bundan əlavə, ABŞ rəsmiləri və ekspertləri riskin qaldığı barədə xəbərdarlıq etsələr də, Kremlin taktiki nüvə silahı ilə cavab addımı atacağına dair qorxular sovuşub.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, hansı hədəflərə zərbə endirmək barədə Ukrayna hakimiyyəti özləri qərar verir. Belə ki, o, “The New York Times” qəzetinin ABŞ hakimiyyətinin Moskva ilə danışıqlarda mövqelərini möhkəmləndirmək üçün Ukrayna Silahlı Qüvvələrinə Krıma zərbə endirməsinə kömək etməyə hazır olması barədə məlumatı şərh edib.
“Nəhayət, öz ərazilərini qorumaq üçün bu silah və təchizatlardan necə və harada istifadə etməyin daha yaxşı olduğuna ukraynalı tərəfdaşlarımız qərar verməlidirlər”, – Prays brifinqdə deyib. Onun sözlərinə görə, Pentaqon ukraynalı tərəfdaşlarla silah tədarükü ilə bağlı əlaqə saxlayır, lakin zərbə endirmək qərarı, onun sözlərinə görə, Ukrayna komandanlığı tərəfindən təkbaşına verilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button