Dünya

ABŞ İranın baş prokuroruna sanksiya tətbiq etdi

Birləşmiş Ştatlar kütləvi etirazların yatırılmasında iştirak etdiyinə görə İranın baş prokuroruna, müxtəlif təhlükəsizlik orqanlarının dörd nümayəndəsinə və bir İran şirkətinə sanksiya tətbiq edib.

Jamaz.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Baş prokuror Mohammad Jafar Montazeri, digər məsələlərlə yanaşı, biri artıq edam edilmiş etirazçılara qarşı məhkəmələri qəti və sərt davranmağa yönəltməkdə günahlandırılır.

Bəsic milislərinin iki yüksək rütbəli fəalı, o cümlədən Tehran və İraq Kürdüstanındakı İslam İnqilabı Keşikçiləri Korpusunun komandirləri Həsən Həsənzadə və Seyid Sadeh Hüseyni də sanksiyalara məruz qalıb.

“Hüseyni silahsız nümayişçilərə qarşı öldürücü silahdan istifadəyə və onların kütləvi həbsinə göstəriş verib, nəticədə azı 7 nəfər ölüb”, – məlumatda deyilir.

İranın hüquq-mühafizə orqanları üçün müxtəlif avadanlıqlar istehsal edən “İmen Sanat Zaman Fara” şirkətinə də sanksiyalar tətbiq edilib.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button