Dünya

ABŞ hərbçisi 20 illik sirri açdı: Səddam Hüseyn necə yaxalanıb?

İraqın sabiq prezidenti Səddam Hüseynin necə yaxalanması ilə bağlı detallar üzə çıxıb. JAMAZ.İNFO xəbər verir ki, Tiqritdə ələ keçən Səddamı ilk yaxalayan ABŞ hərbçisi 20 ildən sonra səssizliyini pozaraq, əməliyyatın sirlərini paylaşıb.

Həmin vaxt bölgədə xidmət edən Kevin Holland ABŞ-ın məşhur “Delta” qrupunun əsgəri olub. “SEAL Team 6” qrupunun sayğın və seçkin baş çavuşlarından olan sözügedən şəxs “Danger Close” adlı verilişdə çıxış edərək, 20 il öncə baş vermiş hadisəni nəql edib.

O bildirib ki, SəddamıTiqrit yaxınlığında əldə etdikləri kəşfiyyat məlumatı əsasında yaxalayıblar. “Üzərində silah olması ehtimalını nəzərə alaraq, onu yaxalayan kimi, qollarına qandal vurduq. Bbizə ingilizcə müraciət edərək bildirdi ki, İraq prezidenti olaraq danışıqlar aparmağa hazırdır. Lakin biz ona “çox gecdir, qardaşım” cavabını verdik”.

Holland açıqlamasında onu da vurğulayıb ki, Səddam Hüseyni yaxaladıqadan sonra ona “Prezident Buşdan sənə salam var” da deyiblər. “Onun yanında olduğumuzda necə pis bir insan olduğunu gördük. Adamın əsəblərini pozurdu”.

ABŞ həbçisi onu da qeyd edib ki, Səddamın üzərindən “Glock-15” avtomat silahı da çıxıb. Holland həmin silahın ABŞ-ın sabiq prezidenti Corc Buşun şəxsi mülkiyyətində olduğunu söyləyib.

Saddam operasyonunun sırları 20 yıl sonra açıklandı: ‘Artık çok geç kardeşim’

Saddam operasyonunun sırları 20 yıl sonra açıklandı: ‘Artık çok geç kardeşim’

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button