Dünya

ABŞ F-16 qırıcılarının Ukraynaya verilməsinə icazə verdi

Co Bayden administrasiyası uzun aylıq müzakirələrdən sonra Kiyevi NATO ölkələrində xidmətdə olan hərbi aviasiya ilə təmin etməyə icazə verib.
Jamaz.info Qaynarinfo-ya istinadla xəbər verir ki, Ağ Evdəki mənbələrin məlumatına görə, amerikalılar avropalı müttəfiqlərinə ABŞ istehsalı olan F-16 qırıcılarının Ukraynaya ixracına icazə verəcəyinə işarə edib.
Artıq dörd Aİ ölkəsi, eləcə də Norveç bu təyyarələri artıq uzaq mənzilli raketlər və müasir Qərb hava hücumundan müdafiə sistemləri almış Ukrayna Silahlı Qüvvələrinə verməyə hazır olduqlarını açıq şəkildə bəyan ediblər.
Britaniya Beynəlxalq strateji araşdırmalar institutunun (IISS) məlumatına görə, Belçika, Böyük Britaniya, Danimarka və Niderland ən azı 125 F-16 qırıcısını tam döyüş hazırlığı ilə təmin edə bilir. Norveçin də bir neçə (onların sayı bildirilmir) F-16 təyyarəsi xidmətdən çıxarılıb, onlar daha müasir F-35-lərlə əvəz edilib və indi onları Kiyevlə bölüşməyə hazırdır. Ukrayna tərəfi ilkin olaraq 24-dən 36-ya qədər döyüş təyyarəsi istəyib.
CNN mənbələri bildirirlər ki, ABŞ hələ də Ukraynaya öz F-16-larını vermək istəmir. Bu, qismən təyyarələrin yüksək qiyməti ilə bağlıdır: standart hərbi yardım paketinə daxil edilərsə, onlar Konqres tərəfindən təsdiqlənmiş məbləğin əhəmiyyətli hissəsini “yeyəcəklər”. Qeyd edilir ki, ötən ilin dekabrında təsdiq edilmiş 48 milyard dollarlıq büdəcədən mayın əvvəlinə təxminən 6 milyard dolları qalıb və bu limit iyulun ortalarına kimi xərclənəcək.
Buna baxmayaraq, Bayden administrasiyası F-16-ların NATO müttəfiqləri tərəfindən çatdırılmasına icazə verir. Bununla belə, Dövlət Departamentinə Avropa ölkələrindən rəsmi müraciətlər daxil olmayıb, – CNN mənbələri bildirir.
Mart ayında iki ukraynalı pilot ABŞ Hərbi Hava Qüvvələrinin Arizonadakı bazasına baş çəkib. Orada ABŞ ordusu pilotların F-16 da daxil olmaqla hərbi təyyarələri idarə etməyi öyrənmələrinin nə qədər vaxt aparacağını təxmin etmək niyyətində idi. Daha sonra onlara daha 10 ukraynalı pilot qoşulub.
Yahoo News portalının məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələri ukraynalı pilotların Qərb F-16 qırıcılarını mənimsəmək bacarığını yüksək qiymətləndirib və onlar üçün təlim proqramının dörd aya qədər uzana biləcəyini ehtimal edir.
ABŞ-ın F-16-ya malik NATO müttəfiqlərinə təhvil verdiyi sənəddə fevralın sonu və martın əvvəlində Arizonadakı aviabazada yoxlanılan iki ukraynalı pilotun təfərrüatlı qiymətləndirməsi yer alır.
Ukraynalı pilotlardan birinin MiQ-29, digəri isə Su-27-nin uçuş təcrübəsi olub. Hər ikisinin F-16 ilə əvvəllər təcrübəsi olmayıb və onlar 11,5 saatlıq doqquz seans keçirdikləri simulyatorda sınaqdan keçirilib. Onlar hər biri minlərlə F-16 uçuş saatı olan ABŞ Hərbi Hava Qüvvələrinin dörd təcrübəli təlimatçısı tərəfindən qiymətləndirilib.
Financial Times-ın məlumatına görə, Yaponiyanın Xirosima şəhərində keçiriləcək sammitdə G7 ölkələrinin liderləri ABŞ-ın F-16 qırıcılarının Ukraynaya mümkün tədarükünü müzakirə edəcəklər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button