Dünya

ABŞ-dan İrana çağırış: Bunu etsəniz…

ABŞ gələcəkdə İranla nüvə məsələləri üzrə danışıqlara qayıtmaq imkanını istisna etmir.

Jamaz.info xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken deyib.

Eyni zamanda o qeyd edib ki, ABŞ indiki mərhələdə İranın nüvə proqramı ilə bağlı razılaşmanı müzakirə etmir. Blinken əlavə edib ki, Vaşinqton iki ölkə arasında münasibətlərdə yaranmış gərginliyi azaltmaq zərurəti barədə Tehranı məlumatlandırıb.

“Görək bunu edəcəklərmi. Etiraf edirəm ki, bu halda bizdə nüvə problemlərinə dair dialoqa qayıtmağa imkan verəcək atmosfer yaranacaq. Lakin hələ ki, bizdə belə bir vəziyyət yoxdur”, – Amerika diplomatiyasının rəhbəri əlavə edib.

Xatırladaq ki, 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə sazişi – İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar. 2018-ci ilin may ayında Donald Trampın rəhbərliyi altında ABŞ JCPOA-dan çıxaraq Tehrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq, İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaldılmasını elan edib.

JCPOA-nın yenilənməsi və Vaşinqtonun Tehrana qarşı sanksiyalarının ləğvi üçün Vyanada danışıqlar aparılıb. 2021-ci ilin dekabrında tərəflər Avropanın İranın mövqelərinin yer aldığı iki saziş layihəsi üzrə razılığa gəliblər. İranın sözçüsü Baqeri Kyani danışıqların yaxşı getdiyini desə də, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vyanada irəliləyişi təvazökarlıq kimi qiymətləndirərək, Tehranı məsələyə ciddi yanaşmağa çağırıb. Hazırda Vyana danışıqları prosesində fasilə yaranıb.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button