Dünya

ABŞ-dan Çinə çağırış: “Gəl danışaq”

ABŞ Çini nüvə danışıqlarına başlamağa çağırır.

Jamaz.info Publika.az-a istinadən xəbər verir ki, Birləşmiş Ştatlar Vaşinqton və Pekin arasında nüvə silahı ilə bağlı dialoqun olmadığı vəziyyəti sabitliyin pozulması kimi qiymətləndirib. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. O, Aspen İnstitutunda illik forumda çıxış edib.

Sallivan xatırladıb ki, Moskva ilə belə dialoq, hətta soyuq müharibənin ən ağır illərində də davam etdirilə bilər. Amma indi Çinlə, normal münasibətlərlə onu qurmaq mümkün deyil.

O, həmçinin Pekini nüvə silahlarına görə məsuliyyəti öz üzərinə götürmək istəməməkdə ittiham edib. Sallivan hesab edir ki, məsuliyyətin qəbul edilməsi və dialoqa açıqlıq aparıcı nüvə gücləri üçün əsasdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button