Dünya

ABŞ-dan Cənubi Qafqaz açıqlaması: Bakı ilə İrəvana…

ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinqdə Azərbaycan-Ermənistan münasibətləri haqda danışıb.

Jamaz.info xəbər verir ki, Prays Azərbaycanla Ermənistanın birbaşa təmaslarının vacib olduğunu bildirib:

“Biz Azərbaycan-Ermənistan problemlərinin kompleks həllinin necə olduğunu təsvir etməməliyik. Bu, münaqişə tərəflərinin görməli olduğu ağır işdir. Təbii ki, tərəflərin birbaşa təmasla irəliləyiş əldə etməsini istəyirik”.

O qeyd edib ki, Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiqliyimizi davam etdiririk.

N.Prays vurğulayıb ki, ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun təşviqi üçün AB, ATƏT, digər beynəlxalq təşkilatlar və həmfikir tərəfdaşlarla ikitərəfli əlaqələri davam etdirir.

O, ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşləri barədə müsbət fikirlər səsləndirib.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button