Dünya

ABŞ-da Kremlə qarşı sanksiyaların nəzarət üçün onlarla prokuror işə götürülür

Co Bayden administrasiyası sanksiyaların pozulması və Rusiyaya münasibətdə ixracat nəzarətini araşdıran federal agentlərin heyətini genişləndirir. Birləşmiş Ştatlar Qərb iqtisadi təzyiq kampaniyasında boşluqları bağlamağa çalışırlar.
Jamaz.info xəbər verir ki, bu barədə “Wall Street Journal” yazır.
Baş prokurorun köməkçisi Mett Olsenin sözlərinə görə, Ədliyyə nazirliyi əks-kəşfiyyat və ixrac nəzarəti şöbəsinə 25 yeni prokuror təyin edəcək. Bu, şirkətlər və digər üçüncü tərəflərin Rusiyanın ABŞ-ın sanksiyalarından yayınmasına yardım edə bilməmələri üçün edilir.
Olsen yeni prokurorların yayınma və ixrac nəzarət işlərini araşdırmaq üçün korporasiyalarla işləyəcək, habelə pozuntular törədildikdə şirkətlərə qarşı cinayət işlərinin başlanılması ilə məşqul olacaqlar. Prokurorlardan bəziləri yenidən işə götürülür, bəziləri isə digər şöbələrdən cəlb ediləcəklər.
“Korporasiyalar ön cəbhədədirlər, adətən ilk olaraq belə pozuntuları onlar aşkar edirlər”, – Olsen bildirir.
ABŞ və onların Qərb müttəfiqləri Ukraynaya işğalından sonra Rusiyaya bir sıra beynəlxalq ticarət və maliyyə məhdudiyyətlərini tətbiq ediblər. Administrasiya nümayəndələrinin sözlərinə görə, buna cavab olaraq, Moskva, iqtisadi blokadadan çıxmaq üçün İran, Çin və Türkiyə kimi ölkələrdən olan dövlət və özəl şirkətlərini öz tərəfinə çəkib.
Qərb rəsmilərinin sözlərinə görə, blokadanın ciddi şəkildə gücləndirilməsi olmadan Rusiya prezidenti Vladimir Putin gücünü qoruya və müharibəni davam etdirə biləcək.
Xatırladaq ki, Aİ-nin sanksiyaların icrası ilə bağlı xüsusi nümayəndəsi Devid O’Sallivan, Brüsselin diqqətinin Rusiyaya qarşı yeni sanksiyaların qəbul edilməsindən daha çox mövcud olanlara nəzarət edilməsinə yönəldəcəyini söyləyib. Diqqət mərkəzinə üçüncü ölkələr də düşəcəklər.(Qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button