Dünya

ABŞ bu dövlətlə mübarizəyə rekord məbləğdə hərbi büdcə ayırır

ABŞ prezidenti Co Baydenin administrasiyası Çinlə mübarizə üçün rekord məbləğdə hərbi büdcə layihəsi hazırlayır.

Jamaz.info “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ ordusu generalı və Pentaqonun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley bildirib.

O, Çinin ABŞ üçün uzunmüddətli geostrateji təhlükəsizlik problemi olduğunu vurğulayıb:

“Bu büdcə Çinlə strateji rəqabətimizin strategiyasına və ciddiliyinə yönəlib”.

Bundan əvvəl Milley Vaşinqtonun Moskva və ya Pekinlə müharibə ehtimalını şərh edib. Onun fikrincə, milli təhlükəsizlik baxımından dövlətlərin maraqlarının toqquşmasına baxmayaraq, bu, qaçılmaz deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button