Dünya

ABŞ-a gizli səfər edən Arutyunyana ermənilər hücum etdi

ABŞ-da Qlendeyl dairəsindəki mağazalardan birində bir qrup gənc Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəis müavini və Silahlı Qüvvələr Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, Hökumət Aparatının rəhbəri Arayik Arutyunyana hücum edərək “satqın”, “soysuz” şüarlarını səsləndiriblər.

Jamaz.info bu barədə Report-a istinadən xəbər verir.
Məlumata görə, hücum edənlər ermənilər olub. A.Arutyunyan buna cavabında gəncləri hədələyib. Bildirib ki, onlar Ermənistana gəlsələr, kim olduqlarını öyrənəcək və qisas alacaq.
“168.am” məmurun ABŞ-a necə getdiyini, ezamiyyətə göndərilib-göndərilmədiyini, yoxsa məzuniyyətdə olduğu üçün bu mağazaya getdiyini öyrənməyə çalışıb.
Ermənistan hökumətinin “Egov.am” saytında aparılan axtarışların nəticələrinə əsasən, yanvar və fevral ayları üçün “Baş nazirin qərarları” bölməsində Arayik Arutyunyanın ABŞ-a ezamiyyətə göndərilmədiyi məlum olub. Qeyd edilir ki, ona məzuniyyət verilməsinə dair qərar yoxdur. Buna görə də A.Arutyunyanın ABŞ-a hansı məqsədlə getdiyi suallar doğurub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button