Dünya

2034-cü ildə III Dünya Müharibəsi başlayacaq?

Dünya koronavirus, iqlim dəyişikliyi, zəlzələ, yanğın və çoxlu sayda fəalkətlərlə üz-üzəykən, yeni bir sennari daha ortaya çıxıb. Bu dəfə ABŞ-dan olan mütəxəssislər yeni bir Dünya Müharibəsinin astanasında olduğumuzu iddia edilər. JAMAZ.İNFO xəbər verir ki, onların iddiasına görə, III Dünya Müharibəsi 2034-cü ildə başlayacaq.

Qeyd edək ki, bu yaxınlarda ABŞ-da nəşr olunmuş “2034: A Novel of the Next World War” (2034: Dünya Müharibəsi sennarisi) adlı kitabda “qlobal yanğın” olaraq adlandırılan ən pis sennariyə yer verilib. Hazırda təqaüddə olan amerikalı admiral Ceyms Stavridis və jurnalist Elliot Akerman yazdığı kitabda 2034-cü ildə ABŞ-ın hərbi gəmilərinin Cənubi Çin dənizinə girməsi ilə III Dünya Müharibəsinin başlayacağı qeyd olunur.

Kitabda bu müharibədə istifadə olunacaq silahlardan da bəhs olunur. Yazarların iddiasına görə, III Dünya Müharibəsində insansız hərbi maşınlar hakim mövqedə olacaqlar.

Stavridis və Akerman hesab edirlər ki, yeni müharibədə əsas ağırlıqlardan biri də hakerlərin üzərinə düşəcək. Onların qənaətinə görə, hər iki tərəfdən iştirakçı olan hakerlər düşmənin elektron sistemlərini sıradan çıxarmaq üçün çalışacaqlar.

“Politico” nəşrinin aparıcı nümayəndələrindən olan Maksimlyan Terhalle isə hesab edir ki, ABŞ-Çin müharibəsini Rusiyanın prezidenti Putin çoxdan gözləyir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button