Dünya

20 ilə hazırlanan müqavilə imzalandı: Böyük əhəmiyyəti olacaq

BMT açıq dənizləri qorumaq üçün müqavilə imzalayıb.

Jamaz.info xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata görə, onun hazırlanmasına təxminən 20 il vaxt sərf olunub .

Sənəd milli sərhədlərdən kənar ərazilərdə geniş dəniz mühafizə zonalarının yaradılması üçün hüquqi əsas verir. Onun yaradılmasında məqsəd vəhşi təbiətin qorunması və açıq dənizlərin genetik ehtiyatlarından birgə istifadədir.

Sazişin bağlanmasında 193 ölkə iştirak edib. Ekspertlər qeyd ediblər ki, iqlim dəyişikliyi ilə mübarizədə dəniz mühafizə zonalarının yaradılması həlledici əhəmiyyət kəsb edəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button