Dünya

155 Türkiyə vətəndaşı Ermənistan vətəndaşlığı almaq istəyir

2020-ci yanvarın 1-dən 2022-ci il noyabrın 30-dək 155 Türkiyə vətəndaşı Ermənistan vətəndaşlığı üçün müraciət edib.

Jamaz.info xəbər verir ki, bu barədə “Hraparak”a Ermənistan Polisinin Pasport və viza şöbəsindən bildirilib.

Müraciət edənlər arasında Azərbaycan vətəndaşlarının olmadığı qeyd edilib.

Məlumata görə, Ermənistandan vətəndaşlıq almaq istəyən Türkiyə vətəndaşlarının əksəriyyəti ermənilərdir. Qeyd olunan dövrdə Ermənistan prezidentinin fərmanı ilə 48 min 352 erməniyə Ermənistan vətəndaşlığı verilib.

2021-ci il fevralın 14-dən indiyə qədər Ermənistana gələrək vətəndaşlıq istəyən Rusiya vətəndaşlarının sayı 17 min 498 nəfər olub.

“Göstərilən müddətdə təmin edilmiş müraciətlər barədə dəqiq məlumat vermək mümkün deyil, çünki onların bəzilərinə hələ də baxılmaqdadır. Bundan əlavə, qeyd olunan müddətdə əvvəllər verilmiş ərizələr də təmin edilib”,- deyə Pasport və viza şöbəsindən bildirilib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button