Dünya

12 ildən sonra ilk dəfə…

Bəşər Əsəd regional sammitdə iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanına səfər edib.

Jamaz.info xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd 2011-ci ildən bəri ilk dəfə Suriyanın ərəb dünyasına qayıdışını gücləndirmək məqsədilə keçirilən regional sammitdə iştirak etmək üçün Səudiyyə Ərəbistanına gəlib.

Əsədin bu gün başlayacaq Ərəb Liqasının sammitində iştirakının, 12 illik fasilədən sonra münasibətlərin normallaşması üçün mühüm addım olduğu bildirilir.

Onu müqəddəs Məkkə qubernatorunun müavini, şahzadə Bədr bin Sultan, həmçinin Ərəb Liqasının baş katibi Əhməd Əbul Qeyt və bir sıra yerli rəsmi şəxslər qarşılayıb.

Suriya prezidentinin sammitə qatılacaq bəzi ərəb liderləri ilə görüşüb-görüşməyəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, Suriyadakı münaqişə zamanı Əsəd yalnız Rusiya və İrana, son iki ildə isə Oman və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button