Dünya

Ərdoğanın seçki tarixini elan edəcəyi saat açıqlandı

Türkiyədə bu gün seçkilərin dəqiq tarixi rəsmi şəkildə elan olunacaq.

Jamaz.info “TRT Haber”ə istinadən xəbər verir ki, seçki tarixini ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayacaq.

Bildirilib ki, bu gün yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 15:00-da – red.) Ərdoğan Prezident İqamətgahında çıxış edərək seçkilərin keçiriləcəyi vaxt barədə rəsmi məlumat verəcək.

Qeyd edək ki, seçkilərin 14 maya təyin olunması gözlənilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button