Dünya

Ərdoğan: “Ya F-35-ləri verin, ya da pulumuzu qaytarın”

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-la münasaibətlər barədə danışarkən, maraqlı bir məsələyə toxunub. JAMAZ.İNFO xəbər verir ki, yerli mediaya açıqlıama verən Türkiyənin dövlət başçısı F-35 təyyarələrinin alınması üçün Amerikaya 1.4 milyard dollar pul ödədiklərini bildirib.

O deyib ki, indiyə qədər onlara hərbi təyyarələri verməyiblər. “ABŞ-la aramızdakı hərbi, siyasi, iqtisadi və ticarət əlaqələrini müzakirə edəcəyik. Məsələn, F-35 problemni necə olacaq? 1.4 milyard dollar pul ödəmişik. Bəs, həmin pul nə olacaq?  Bunun aqibətini görməyimiz lazımdır. Biz əlində çoxlu pulu olan və hər yerə səpələyə bir ölkə deyilik. Bu pulları da asanlıqla qazanmamışıq və qazanmırıq. Ya təyyarələrimizi verəcəklər, ya da pulu geri qaytaracaqlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button