Dünya

Ərdoğan: “Ona iştirakının daha yaxşı olacağını demişdim”

“Rusiyalı həmkarım Vladimir Putinlə son müzakirəmdə onun Baliyə gələcəyinin, G20 sammitində iştirakının daha yaxşı olacağını demişdim. O isə demişdi ki, mən düşünüb, sizə xəbər verəcəm”.

JAMAZ.İNFO xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, imkan olsa qarşıdakı günlərdə Putinlə gələcək perspektivlər barədə fikir mübadiləsi aparacaq:

“Görünür, Putin öz komandası ilə bu barədə məsləhətləşib və qərarını verib. Onun qərarını qiymətləndirmək Putinə qarşı hörmətsizlik olar. Bu, özlərinin bildiyi işdir”.

Həmçinin Ərdoğan Rusiyanın güclü dövlət olduğunu xatırladıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button