Dünya
Ərdoğan hökuməti topladı – İlin son iclası keçirilir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin toplantısını keçirir.
Jamaz.info “TRT Haber”ə istinadən xəbər verir ki, ilin son iclası başlayıb.
Məlumata görə, hökumətin iclasında həm iqtisadi, həm də siyasi məsələlər müzakirə olunacaq. Bildirilib ki, toplantıda 2022-ci ilin yekunları da dəyərləndiriləcək.
Qeyd edilib ki, bu, Türkiyə hökumətinin il ərzində sayca 24-cü iclasıdır.