Dünya

Ərdoğan bugünkü sel fəlakətindən danışdı

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində AK Partiya Qrup Toplantısında çıxış edib.

Jamaz.info xəbər verir ki, Ərdoğan çıxışına Şanlıurfa və Adıyamanda daşqınlarda həyatını itirənlərə başsağlığı verərək başlayıb.
“Çıxışıma başlamazdan əvvəl bu səhər Şanlıurfa və Adıyamanda baş verən sel fəlakətində həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm. Nazirlərimiz və komandalarımız çalışırlar. Yaşadığımız fəlakətləri nə qədər yaddaşımızda saxlasaq, onlardan alacağımız dərslər bir o qədər güclü olar. Bunun üçün xatırlamağı və bir daha xatırlatmağı faydalı hesab edirəm”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button