Dünya

Əks-hücumda xeyli sayda ukraynalı hərbçi yaralanıb

Əks-hücum əməliyyatı zamanı Ukrayna ordusunun yaralı hərbçilərinin sayı “çox böyük” olub.

Jamaz.info xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” (NYT) qəzeti ukraynalı həkimlərə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Ukrayna əsgərləri hər gün kütləvi şəkildə cəbhə xəttindən bir neçə kilometr aralıda yaradılmış tibb məntəqələrindən birinə gəlirlər. Onlara həmin məntəqələrdə tibbi yardım göstərilir.

“Bu mərkəzdə çalışan ukraynalı tibb işçiləri NYT müxbirlərinə bildiriblər ki, Ukrayna döyüşçüləri ciddi fiziki xəsarətlərlə yanaşı, həm də uğursuz əks-hücuma görə “depressiv” psixoloji vəziyyətdədirlər”, – məqalədə deyilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button