Dünya

Əks-hücum aylarla uzana bilər – Podolyak

“Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı həftələrlə və aylarla uzana bilər”.

Jamaz.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak danışıb.

Onun sözlərinə görə, müharibənin intensivliyini və miqyasını, Rusiya Federasiyasının hərbi əməliyyatlara yatırdığı resursları nəzərə alaraq hesablamaq lazımdır.

“Bu, bir həftə, bir gün və ya bir ay məsələsi deyil. Söhbət bir çox məqamlardan gedir. Biri daha uğurlu, digəri isə daha az uğurlu ola bilər”, – Podolyak deyib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button