Dünya

Əhmədinejad Ruhaniyə xəbərdarlıq etdi: “Dağıdıcı müharibəyə hazırlaşın”

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad hazırkı dövlət başçısı Həsən Ruhaniyə məktubla müraciət edərək, ona xəbərdarlıq edib. JAMAZ.İNFO xəbər verir ki, sabiq dövlət başçısı bildirib ki, İran yaxın zaman üçün başlayacaq dağıdıcı müharibəyə hazır olmalıdır.

Onun sözlərinə görə, yeni müharibə Yaxın Şərq və Fars körfəzində başlayacaq. “Bütün hadisələr, gedişat və xəbərlər, habelə mediada gedən təhlillər göstərir ki, yeni dağıdıcı müharibə Yaxın Şərq və Fars körfəzi regionunda başlayacaq”.

Əhmədinejad məktubda qeyd edib ki, yeni müharibəyə hazırlaşmaq və hərbi qüvvələri daha da gücləndirmək lazımdır. “Mən gözləyirəm ki, siz bir prezident olaraq bu istiqamətdə zəruri olan bütün addımları atacaqsınız”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button