Dünya

Əfqanıstanda qadın müəllimlərin və qızların məktəbə getməsi qadağan olundu

Əfqanıstanda “Taliban” hakimiyyəti qadın müəllimlərin və qız şagirdlərin məktəblərə buraxılmaması ilə bağlı göstəriş verib.

Jamaz.info xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, dekabrın 21-də ölkə paytaxtı Kabulun məktəblərin bir sıra məktəblərinin rəhbərliyinə qadın müəllimlərin işə gəlməmələri ilə bağlı “Taliban”ın əmri göndərilib.

Valideynlər bildiriblər ki, onların qızlarını silahlı yaraqlılar məktəblərə buraxmayıb. Məlumata görə, “Taliban” hökuməti əvvəllər ibtidai sinfin qız şagirdlərinin dərslərdə iştirakına icazə versə də, indi onlara qadağa qoyub.

Qeyd olunub ki, dekabrın 21-də silahlı radikallar səhər saatlarında Kabul Universitetinin qapısında toplaşaraq qız tələbələrin təhsil müəssisəsinə buraxılmamasını yoxlayıblar.

“Taliban” hökuməti növbəti bildirişə qədər universitetlərdən qız tələbələr üçün dərslərin dayandırılmasını tələb edib. Onlar bu məhdudiyyətləri ölkədə “uyğun İslam mühiti”nin yaradılmasının “zəruriliyi” ilə izah edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button