Cəmiyyət

Zərdüşt Əlizadə: “Bu, Ermənistana bir dərs olmalıdır”

“Ermənistanda bütün minalanmış ərazilərin xəritəsi yoxdur”. JAMAZ.İNFO xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Xarici İşlər naziri Ceyhun Bayramovun “İsgəndər” və minalanmış ərazilərin xəritəsi məsələsinə aydınlıq gətirmədən “əsirlər”in – erməni diversantların geri qaytarılması Azərbaycanın maraqlarına cavab verməyəcək” fikirini şərh edərkən deyib.
Politoloq qeyd edib ki, onlarda ancaq 1990-ci ildə minalanmış sahələrin xəritəsi ola bilər: “Amma ondan sonrakı dövrün xəritəsinin olmasına inanmıram. Nazir açıq-aşkar deyib, bazarlıq gedir. Azərbaycan deyir ki, siz bizə minalanmış ərazilərin xəritəsini verin, biz də sizə əsirləri qaytaraq. Burada qəribə nəsə yoxdur”.
Zərdüşt Əlizadə bildirib ki, Ermənistanda hakimiyyət uğrunda mübarizə gedir: “Hansı siyasi qüvvə Azərbaycanın bazarlıq təklifini qəbul etsə, rəqibləri tərəfindən kəskin tənqidə məruz qalacaq. Ona görə 20 iyuna kimi bu məsələ həllini tapmayacaq. Tapsa, biz buna sevinərik. Həm minalarmış ərazilərin xəritəsi gələcək, həm də ərazilər təmizlənəcək. Bu, eyni zamanda Ermənistana bir dərs olmalıdır ki, müstəqil dövlətin ərazisinə göz dikməsin”.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Bin Əhməd Əl-Osaymin ilə keçirilən birgə mətbuat konfransında vurğulayıb ki, hərbi əsirlər mövzusu bağlanıb. Nazir “İsgəndər” və minalanmış ərazilərin xəritəsi məsələsinə aydınlıq gətirmədən “əsirlər”in – erməni diversantların geri qaytarılması Azərbaycanın maraqlarına cavab verməyəcək”, – deyə bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button