Cəmiyyət

Yük maşını qatarla toqquşdu

23 iyun 2023-cü il tarixində saat 12:50 radələrində ADY-yə məxsus teplovoz Neftçala rayonu ərazisində Qırmızıkənd-Daykənd mənzilində hərəkətdə olarkən 99-ZU-832 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşını qorunmayan dəmir yolu keçidində qəfil qatarın qarşısına çıxıb.

Jamaz.info xəbər verir ki, bu barədə Modern.az-a ADY-dən məlumat verilib.

“Təəssüflə qeyd edirik ki, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və yük maşınının sürücüsü, İmişli rayonu Qaradonlu kənd sakini Vüsal Rüstəm oğlu Fəxrətov həlak olub.

Hadisənin baş vermə səbəbləri aidiyyəti üzrə araşdırılır”, – məlumatda bildirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button