Cəmiyyət

Yollarda son vəziyyət – Sürücülərə xəbərdarlıq edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

Jamaz.info xəbər verir ki, bu barədə Modern.az-a açıqlama verən qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli sürücüləri ehtiyyatlı olmağa çağırıb.

Onun sözlərinə görə, hazırda Muğanlı-İsmayıllı və Ağsu dolaylarında problem müşahidə olunur.

“Hazırlıqsız, avtomobilini qış şərtlərinə uyğunlaşdırmamış sürücülər dağlıq və dağətəyi ərazilərdə, aşırımlı dolaylarda ehtiyyatlı olsunlar. Hazırda Muğanlı-İsmayıllı və Ağsu dolaylarında problem müşahidə olunur. Ona görə də, bu yollardan ancaq xüsusi təchiz olunmuş, qış şərtlərinə uyğunlaşdırılmış maşınların istifadə etməsi tövsiyə olunur. Digər sürücülərin Bakı-Ələt-Qazax yolundan istifadə etməsi məqsədəuyğun olardı. Ümumilikdə, hazırda problem yoxdur. Qardan təmizləmə işləri intensiv aparılır”.

Paytaxt yollarındakı vəziyyətə gəlincə, A.Nəcəfli qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti və  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qarın təmizlənməsi ilə bağlı işlər aparır.

“Paytaxtın mərkəzi hissəsində Bakı Şəhər İcra Hakimiyyəti, paytaxta daxil olan, qəsəbələrə gedən yollarda isə agentliyimiz tərəfindən işlər aparılır. Ciddi problem müşahidə olunmur. Lakin qar yağmağa davam edir. Üstəlik küləyin olması da yollarda qar örtüyünün yaranmasına səbəb olur. Buna görə də ehtiyyatlı olmaq lazımdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button