Cəmiyyət

Yevgeni Ziniçev Qarabağa humanitar yardımın göndərilməsindən danışdı

“Dağlıq Qqarabağda humanitar əməliyyatların başlıca məqsədi qısa müddətdə bölgədə sülhün təmin olunması məqsədi daşıyır”. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamanı Rusiya Fövqəladə Hhallar naziri Yevgeni Ziniçev verib.

O deyib ki, Rusiya üçün əsas lazım olan məqam Dağlıq Qarabağda yaşayan əhalinin aktual problemlərini və dəqiqləşdirilmiş təlabatını müəyyənləşdirməkdir. “Burada əhalinin minimal ehtiyaclarının qarşılanmasını bilmək vacibdir. Ona görə də, Rusiya FHN-i mütəmadi olaraq Dağlıq Qarabağın infrastruktru və təlabatını qiymətləndirir”.

Azərbaycanda və Ermənistanda keçirdiyi görüşləri də dəyərləndirən Ziniçev bildirib ki, görüşlər zamanı əsasən bölgədə fövqəladə halların aradan qaldırılması müzakirə olunub. O, bundan sonra da qarşılıqlı əməkdaşlığın uğurla davam edəcəyinə əmin olduğunu söyləyib.

Rus nazir onu da qeyd edib ki, indiyə qədər Dağlıq Qarabağa avtomobillə 300 ton humanitar yardım daşınıb. “”Bundan başqa, Rusiya FHN-in ərazini minalardan təmizləyən qrupu göndərilib. Həmçinin dəmir yolu vasitəsi ilə 1200 ton humanitar yardım daşınıb”.

P.S. Rusiyanın belə canfəşanlığı anlaşılan deyil. Daha doğrusu, rusların gecəylə Qqarabağa gəlişi xoş məramdan xəbər vermir. Elə gedişatdan da aydın görünür ki, Kreml Azərbaycan ərazilərində özünə baza yaradır və problemin uzun müddətə həll olunmasını istəmir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button