Cəmiyyət

Xüsusi rütbəsi olanların maaşları tənzimlənəcək

Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən Azərbaycan Respublikasında müvafiq vəzifələrdə olan dövlət qulluqçularının aylıq vəzifə maaşları səviyyəsində müəyyən edilib.

Bu, Prezident İlham Əliyev tərəfindən imzalanan “Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarının tənzimlənməsi haqqında” Sərəncamda əksini tapıb.

Nazirlər Kabineti bu sərəncama uyğun olaraq, Xidmətin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğlərini iki ay müddətində təsdiq etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Xidmət xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri barədə təkliflərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button