Cəmiyyət

XİN-də dəyişikliklər başladı: Səfirlər geri çağırılır

Prezident İlham Əliyev 4 ölkəyə səfir təyin edib. JAMAZ.İNFO xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamlarla Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycanın Qazaxıstan Respublikasında, Ülvi Vaqif oğlu Baxşəliyev Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezidentin digər sərəncamları ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Qazaxıstandakı, Lətif Seyfəddin oğlu Qəndilov Belarusdakı səfiri və eyni zamanda Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Bundan başqa, dövlət başçısının imzaladığı daha bir sərəncamlarla Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycanın Tacikistan Respublikasında, Xəzər Nadir oğlu Fərhadov isə Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Prezidentin digər sərəncamları ilə Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycanın Tacikistan Respublikasındakı, Əli Fikrət oğlu Əlizadə isə Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
17.25

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button