Cəmiyyət

Xankəndində nə baş verir?

Fuad Qəhrəmanlı 
Ermənistanda keçirilən seçkilərdə məğlub olan Rusiya, indi də ümidini Dağlıq Qarabağdakı separatçı rejimin siyasi rəhbərliyini ələ keçirməyə bağlayıb. Bu məqsədlə Xankəndində Arayikin istefası tələbi ilə mitinq təşkil olunub.
Moskva narahatdır ki, Araik Paşiniyanın siyasi kursunu dəstəkləyərsə, o zaman Dağlıq Qarabağ kartından istədiyi kimi istifadə edə bilməyəcək.
Xüsusilə ilə, Dağlıq Qarabağla bağlı danışıqlarda Qərbin diplomatik və siyasi təşəbbüsü ələ alması və bu üzdən də Moskvanın proseslərə nəzarətinin zəifləməsi perspektivlərini nəzərə alanda, Putinin narahatlığını başa düşmək olur. Bu üzdən də Rusiya Ermənistandakı siyasi məğlubiyyətindın sonra, hələlik nəzarətində saxladığı işğal bölgəsində yeni revanşa cəhd edir.
Başqa bir məqsəd də, Dağlıq Qarabağ üzərindən gərginlik yaradıb, Ermənistan daxilində siyasi böhran yaratmaq istəyidir. Çünki, parlament seçkilərində böyük üstünlük qazanmış Paşiniyanın Rusiya qarşısındakı möqeyini zəiflətməkdən ötrü, indi Dağlıq Qarabağ kartı Putinin əlində qalan yeganə vasitədir. Moskva gözəl başa düşür ki, siyasi və diplomatik nəzarət Qərbin əlinə keçərsə, o halda Dağlıq Qarabağdakı hərbi iştirakı da perspektivdə sual altına düşə bilər. O üzdən də qondarma rejimin Təhlükəsizlik Şurasının rəhbəri Vitali Balasnyanı Araikin yerinə gətirmək istəyir.
Bir 6 kişi, ayakta duran insanlar, kalabalık ve açık hava görseli olabilir

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button