Cəmiyyət

Vaxtından tez böyüdülmüş çiyələkləri yeməyin – Fəsadları

Bir həftə ərzində yetişən çiyələk təbii ola bilməz. Bu cür sürətli böyüməsi üçün çoxlu gübrələrdən istifadə olunur.

Jamaz.info xəbər verir ki, bu sözləri diyetoloq Antonina Muziçenko “Gazeta.ru”ya müsahibəsində deyib.

Həkimin sözlərinə görə, giləmeyvənin təbii şəkildə yetişməsi üçün 20-35 gün, günəş və istilik lazımdır.

“Bir həftə ərzində çiyələk yetişdirmək üçün istehsalçılar gübrələrə qənaət etmirlər. Nəticədə orqanizmdə nitritlərə çevrilən, qana və hemoqlobinə təsir edən nitratların yüksək olduğu giləmeyvə əldə edilir. Buna görə də dərmanla yetişdirilən çiyələklərin mövsümdən əvvəl, xüsusilə böyük miqdarda yeyilməsi sağlamlıq üçün təhlükəlidir. Çiyələklərin tərkibindəki nitritlər allergiya, dermatit, immunitetin zəifləməsi və toksin zəhərlənməsinə səbəb ola bilər.

Üstəlik, uşaqlar üçün belə bir giləmeyvə almaq tövsiyə edilmir. Yerli çiyələkləri mayın sonundan tez almayın”, – ekspert izah edib.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button