Cəmiyyət

Vaan Hunanyan: “Azərbaycan bizə hələ cavab verməyib”

“Görüşlərin davam etdirilməsi ilə bağlı razılığın əldə edildiyi Praqadakı əvvəlki görüşdə bu, dördtərəfli formatda keçirilib və görüşün formatı və iştirakçıların tərkibi bundan sonrakı təmaslarda da eyni olmalıdır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistan Xarici İişlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan deyib.

O iddia edib ki, Ermənistan tərəfinin Azərbaycanla görüşü və sülh prosesini pozmağa çalışması ilə bağlı fikirlərin reallıqla heç bir əlaqəsi yoxdur. “Ermənistan Praqada əldə olunmuş razılığa və formata uyğun olaraq dekabrın 7-də keçiriləcək görüşə hazırdır”.

Vaşinqtonda keçirilən görüşdə Ermənistanın Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflər verdiyini bildirən Hunanyan deyib ki, rəsmi Bakı hələ erməni tərəfinə heç bir cavab verməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button