Cəmiyyət

Uşaq hüquqlarının pozulması ailələrdən başlayır

“Azərbaycanda uşaqların hüquqları valideynləri tərəfindən qorunmur. Kimi bətnində uşağını abort etdirir, onun dünyaya gəlməsini istəmir, kimi də doğduğu uşağı zibilliyə ataraq, heç nə olmamış kimi arxasını çevirib gedir”.
Jamaz.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist İntiqam Soltan 1 iyun Uşaqların Beynəlxaq Müdafiəsi Günündən danışarkən deyib. Aktyor bildirib ki, uşaq hüquqları ailədə qorunmalıdır:
“Ailədə qorunan uşaq hüquqları heç yerdə pozulmur. Uşaqların hüquqlarının istəlinən formada  qoruna bilməməsi üçün dövləti günahlandırmaq haqsızlıq olar. Uşaqlarının hüquqlarının qorunması  üçün 20-25 il öncə məktəblərlə teatrlar arasında hasar çəkmək lazım deyildi. İkincisi, təxminən 15 il  bundan əvvəl Azərbaycanda 100-dən yuxarı uşaq təşkilatı vardı. Onların işinə nəzarət yox  səviyyəsində idi. Onlar ancaq pul qazanmaqla  məşğul idilər. Məsələn, elə teatrlar var ki, uşaqların  qarşısında çıxış etmək onlara yalnız plan doldurmaq üçün lazımdır. Ad çəkmək istəmirəm, çünki sonra inciyirlər. Teatrlar böyük tamaşaları ilə bir iş görə bilməyəndə məktəblərə zorla girirlər, oradan pul qazanıb, plan doldururlar. Bu isə o deməkdir ki, klassik tamaşalar hazırlayan teatr uşaq psixologiyasını bilmədiyi halda uşaqların qarşısına çıxır və bu, qətiyyən düzgün deyil”.
İntiqam Soltan hesab edir ki, Azərbaycanda nəqliyyatın intelektual idarəetməsi idarəsi var:
“Amma uşaqları istədiyimiz kimi intelektual səviyyədə idarə edə bilmirik. Məsələn, biz gedib məktəblərdə tamaşa oynayırıq, amma digər teatr gəlir, həmin tamaşanın tam əksini oynayır. Uşaq hansını mənimsəyəcəyini bilmir. Vay o günə ki, biz  uşaqlara yalnış tərbiyyə verək. Uşaqların tərbiyyəsində fasilə vermək olmaz, bu cinayyətdir. Cəmiyyət bu cinayətin ağrısını çox sonralar çəkir”.
İntiqam Soltan bu gün valideynlərin uşaqlara qarşı qəddar rəftar etdiyini diqqətə çatdırıb:
“Uşaqların hüquqlarını ilk növbədə evdə qorumalıyıq. Son  dövrlərdə Azərbaycanın bölgələrini gəzdikçə görürüəm ki, uşaqların hüquqları nə qədər pozulur.   Ailədə, məktəbdə, yolda, nəqliyyatda və ən çoxu da  evdə uşaqların hüquqları tapdalanır. Bunlar valideynlər tərəfindən edilir. Uşaqlarla bağlı bütün mərkəzlər vahid orqanizmə çevrilməlidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button