Cəmiyyət

Uşaq bağçasında “Şuşa qalmaqalı” – Şuşa qalasının maketinə görə müəllimlərdən pul yığılır?

 

254 saylı uşaq bağçasında qalmaqal yaşanır. JAMAZ.info-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Şuşa qalasının maketinə görə müəllimlərdən pul yığılmasıdır. Bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti bağçaya Şuşa qalasının maketini hədiyyə edib. İddialara görə, bağçanın keçmiş müdirəsi  Aynur Əlimədətova bununla bağlı işçilərdən pul yığıb. İşçilər narazılıq etsələr də, tələb olunan pulu vermək məcburiyyətində qalıblar. Aynur Əlimədətova hazırda 194 saylı bağçanın müdirəsidir. Bildirilir ki, o 254 saylı bağçaya rəhbərlik edəndə çoxsaylı qanunsuzluq edib. İddia olunur ki, 254 saylı bağça 60 uşaq üçün nəzərdə tutulsa da, hazırda ora 30 uşaq gəlir. “Amma bütün təchizat 60 uşağa hesablanıb. Təsəvvür edin, bu 30 uşağa da 1 toyuğun yarısı bişirilir. Halbuki bu 1 uşağın payıdır. Normaya görə hər uşağa gün ərzində 95-100 qram ət verilməlidir. Amma bizim bağçada 30 uşağa yarım toyuq bişirilir. Bunlar azmış kimi hələ Şuşa qalasının maketinə görə işçilərdən pul yığılır”, – adının çəkilməsini istəməyə mənbə bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button