Cəmiyyət

Türkiyədən təxliyə edilənlər Azərbaycana çatdı

Türkiyədən Azərbaycan vətəndaşlarını təxliyə edən növbəti avtobus Bakı Beynəlxalq Avtovağzalına çatıb.

Jamaz.info Oxu.az-a istinadən xəbər verir ki, bu avtobusla 47 nəfər Vətənə qayıdıb. Bu, zəlzələdən sonra Türkiyədən vətəndaşlarımızı təxliyə edən sayca yeddinci avtobusdur.

Bu gün təxliyə edilənlərin əksəriyyəti tələbələrdir.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7, Elbistan rayonunda 7,6 bal gücündə zəlzələdən sonra həlak olanların sayı 17 674 nəfərə çatıb. Yaralıların son açıqlanan sayı isə 72 879 nəfərdir.
Ərazilərdə axtarış-xilasetmə əməliyyatları və insanların təxliyəsi davam edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button