Cəmiyyət

“Trendyol” adından saxta iş təklifləri göndərilir

Vətəndaşlara ani mesajlaşma proqramları vasitəsilə “Trendyol” şirkəti adından sərfəli iş təklifi barədə saxta mesajlar göndərilir.

Jamaz.info xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə paylaşımlara etimad etməməyi, şübhəli mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edib.

Qeyd edək ki, “Trendyol” mərkəzi ofisi İstanbulda yerləşən e-ticarət bazarıdır. “Trendyol” 2010-cu ildə geyim məhsulları üçün alış-veriş saytı kimi yaradılıb. Böyüməsi ilə paralel olaraq təklif etdiyi məhsul və xidmətləri genişləndirərək bazar formatına çevrilən saytda moda, elektronika, ev və mebel, qida, ana-uşaq, kosmetika kimi bir çox kateqoriyada satış həyata keçirilir.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button