Cəmiyyət

Tarixçi alim Dilavər Əzimli məzarı başında anıldı

5 dekabr tanınmış tarixçi alim, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimlinin doğum günüdür. JAMAZ.İNFO xəbər verir ki, AMEA Tarix İnstitutunun bir qrup əməkdaşı, ölkənin elmi-pedaqoji ictimaiyyətinin nümayəndələri, alimin yaxınları doğum günündə Dilavər bəyin məzarını ziyarət ediblər.

Mərhumun ruhuna dualar oxunub, məzarının üzərinə gül dəstələri qoyulub.

Çıxışçılar Dilavər Əzimlinin milli ziyalı, Vətən və millət üçün dəyərli bir insan olması haqqında öz fikirlərini bölüşüblər. Ziyarət mərasimində çıxışlarda D.Əzimlinin dünyasını dəyişməsinin Azərbaycan tarix elmi üçün ağır itki olduğu vurğulanıb.

Dilavər bəyin həyat yoldaşı, tanınmış telejurnalist Arzu xanım Qazıyeva çıxış edərək tanınmış tarixçi alimi unutmayanlara, doğum günündə ziyarətə gələnlərə və ürək sözlərini çatdıranlara ailəsi adından təşəkkür edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button