Cəmiyyət

Tanınmış vokal ifaçısının adından dələduzluq edilir

Tanınmış vokal ifaçısı Ülvi Qılıncın adından dələduzluq edilir.
Məsələ ilə bağlı vokal ifaçısı Ülvi Qılınc Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu barədə ona Türkiyədə yaşayan dostlarından biri məlumat verib:
“Mənim Türkiyədə dostum var. Adımdan ona yazıb və 200 manat borc pul istəyib. Dostum da baxıb ki, ona yazılan nömrə bir başqadır. Odur ki, məni yığdı, olanları deyəndə şoka düşdüm. Dedim ki, bəs bu mən deyiləm, adımdan istifadə edirlər. Sonra eşitdim ki, başqalarına da yazıb, mənim adımdan borc pul istəyib”.
14:43
Qaynarinfo xəbər verir ki, bu barədə sənətçinin özü məlumat verib.
Ülvi Qılınc baş verənlərin qarşısını almaq üçün sosial səhifə hesabında dostlarına çağırış edib:
“Məni izləyən dəyərli insanlar, mənim adımdan istifadə edərək votsapdan, fərqli instaqram hesablarından borc pul ustəyirlər. O mən deyiləm, inanmayın”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button