Cəmiyyət

Taksidən istifadə edənlərin sayı azalıb

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 647,4 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz artım qeydə alınıb.

Jamaz.info xəbər verir ki, bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Sərnişinlərin 95,6 faizi avtobus, 4,4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 18,7 faiz artıb.

Göstəricilərə əsasən, taksidən istifadə edən sərnişinlərin sayı azalıb. Belə ki, 2022-ci ilin göstəricilərinə əsasən, taksidən istifadə edən sərnişinlərin payı 6,0 faiz olub, bu ilin əvvəlinə isə 4,7 faiz təşkil edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button