Cəmiyyət

Tağı Əhmədov yerimə qabiliyyətini ömürlük itirdi

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov ömürlük yerimə qabilliyyətini itirib.

Jamaz.info xəbər verir ki, Tağı Əhmədov ömürlük əlil arabasına məhkum olmaqla yanaşı onun ürəyində də ciddi problem yaranıb.Hazırda o Bakıda yerləşən özəl klinikalardan birində intensiv müalicə alır.

Onun həyat yoldaşı Salatın Əhmədova Manşet.az-a açıqlamasında faktı təsdiq edərək, bunları deyib: “Tağı müəllim hazırda xəstəxanadadır, vəziyyəti ürəkaçan deyil. Müalicə zamanı başqa problemləri də çıxdı. Onun ürəyində də problem yaranıb. İndi Tağını müalicə edəcəklər. Yəqin ürəyi ilə bağlı müalicəsi bir həftəyə yekunlaşar. Həkimlər indi onunla məşğuldurlar. Yeriməyi artıq mümkün deyil. Onun yeriməsi üçün Allahın bir möcüzəsi lazımdır. Heç kim bilmir ki, sabah başına nə gələcək”.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button