Cəmiyyət

Tərtərdə 3 nəfərin həlak olduğu mina partlayışının təfərrüatları

Ötən gün Tərtərin işğaldan azad edilən Talış kəndi ərazisindəki insan tələfatı ilə nəticələnən mina partlayışının bəzi təfərrüatları məlum olub.

Jamaz.info report-a istinadən xəbər verir ki, hadisə Talış kəndində qeydə alınıb. Hadisənin baş verdiyi ərazi əvvəllər qoşunların təmas xətti olub. ANAMA əməkdaşlarının hərəkət etdikləri yolda qalın ot örtüyü olub. Hadisənin baş verdiyi ərazidə tank əleyhinə mina basdırılıb. Hərəkətdə olan avtomobil şahmat üsulu ilə basdırılan minalardan birinə toxunub. Ətraflı Ads by 0 Reklamınızı SmartBee ilə effektiv edin. Bu zaman baş verən partlayış zamanı avtomobil yoldan kənara düşüb. Parlayan minanın TM62 PM markalı tank əleyhinə mina olduğu ehtimal edilir. Hadisə zamanı həlak olan hər üç şəxs ANAMA-nın dronla minaxtarama komandasının üzvü olublar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button