Cəmiyyət

Təhsildə adambaşına maliyyələşmə: rektor üstünlükləri açıqladı

“Azərbaycanda ali təhsildə ən uğurlu və mütərəqqi islahatlardan biri məhz adambaşına maliyyələşməyə keçidin tətbiq edilməsidir. Bu o deməkdir ki, dövlət yüksək bal toplayan və dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanan tələbələrin təhsil haqqından başqa ali təhsil müəssisələrinə əlavə heç bir ödəniş etmir”.
Jamaz.info xəbər verir ki, bu fikirləri Bakupost.az -a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.
Rektor bildirib ki, bu yanaşma doğru olaraq, heç bir fərq qoyulmadan dövlət və özəl ali təhsil müəssisələrinə şamil edilir:
“Bununla yanaşı, ınanıram ki, dövlət ali təhsil müəssisələrinin gəlir qazanmaq imkanlarının genişləndirilməsi, o cümlədən, maliyyə resurslarına çıxış imkanlarının asanlaşdırılması bu addımın müsbət təsirini əhəmiyyətli dərəcədə gücləndirər. Bu sahədə dövlət və özəl universitetlərin hüquqlarının eyniləşdirilməsi ilk addım ola bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button