Cəmiyyət

Surət Hüseynovun ölümünün təfərrüatı

Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun ölümünün təfərrüatı məlum olub.

Jamaz.info xəbər verir ki, bu barədə İstanbuldakı “Medipol Meqa” Universitet Xəstəxanasının rəhbəri Aydın Ünal yazılı açıqlama yayıb.

Ünalın sözlərinə görə, İstanbul hava limanında qəfil huşunu itirməsi və infarkt keçirməsi səbəbindən iyulun 30-da səhər saatlarında Hüseynov təcili yardım maşınında intubasiya edilərək “Arnavutköy” İstanbul Dövlət Xəstəxanasına aparılıb:

“Hüseynov “Medipol Meqa” xəstəxanasının 3-cü dərəcəli reanimasiya şöbəsinə yerləşdirilib. İlkin müayinə zamanı onun huşsuz vəziyyətdə olduğu və ürək döyüntülərinin dayandığı məlum olub. Bununla bağlı reanimasiya və zəruri tibbi prosedurlar aparılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, Hüseynovun həyatını xilas etmək mümkün olmayıb”.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button