Cəmiyyət

Sumqayıt Tibb Mərkəzi maarrifləndirici tədbir keçirib (FOTOLAR)

Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan Perinatal Mərkəzin təşkilatçılığı ilə 1-7 avqust “Ümumdünya ana südü ilə qidalandırma həftəsi”nə həsr olunan tədbir keçirilib.
Bir 9 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
STM-in nəzdində olan Perinatal Mərkəzin baş həkimi Təranə Rəcəbli açılış nitqi ilə çıxış edərək bildirib ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, BMT-nin Uşaq Fondu və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il 1-7 avqust tarixləri ölkəmizdə ana südü ilə qidalandırma ilə bağlı müxtəlif tədbirlər keçirilir. Qeyd edib ki, bu tarixin keçirilməsində əsas məqsəd – körpələrin ana südü ilə qidalandırılmasını təbliğ və təşviq etmək, ana südü ilə qidalandırmanın körpələrin, o cümlədən anaların sağlamlığı üçün əhəmiyyəti barədə geniş maarifləndirmə aparmaqdır.
Bir 2 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "日" şəkili ola bilər
Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova ana südü ilə qidalanmanın əvəzsiz rolundan danışıb. Bildirib ki, ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlığını artırır. Eyni zamanda, körpələri ana südü ilə qidalandırmağın ən mühüm üstünlüklərindən biri də ana ilə uşaq arasında emosional və fiziki əlaqəni təmin etməkdir. Vurğulayıb ki, körpəni ana südü ilə qidalandırmağın qadının sağlamlığına da müsbət təsir göstərir.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova bildirib ki, dövlətimiz tərəfindən səhiyyəyə böyük diqqət və qayğı göstərilir. Müasir standartlara cavab verən 2 nömrəli xəstəxananın tikintisi bunun bariz nümunəsidir.
Bir 1 nəfər, ayaqda və içəridə şəkili ola bilər
Tədbirdə simvolik olaraq iştirakçılar örtüklər geyiniblər. Bu da ana südü ilə qidalanmanın əhəmiyyətini bir daha göstərib. İlk mamaça olan Floresinsin siması da tədbirdə canlandırılıb.
Ankara Universiteti Tibb Fakültəsinin professoru Ömer Erdeve keçirilən bu tədbirin əhəmiyyətindən danışıb və bu addımı yüksək qiymətləndirib.
Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in, BMT-nin Uşaq Fondunun nümayəndələri öz çıxışlarında ana südünün uşağın inkişafı, onun immun sisteminin güclü olması, gələcək fiziki və zehni inkişafına göstərdiyi təsirdən söz açıb.
Bir 7 nəfər və içəridə şəkili ola bilər
Çıxışlardan sonra “Ana Südü ilə qidalandırmaya sosial yanaşma”, “Hamiləlikdə COVID-19-a yoluxmuş analardan doğulan yenidoğulmuşların qidalanması”, “Ana Südü ilə qidalandırmanın üstünlükləri”, “Ana südünün möcüzəsi” mövzusunda təqdimatlar nümayiş olunub.
Sonda iştirakçılara ana südü ilə qidalanmanın faydalarına dair maarifləndirici materiallar paylanılıb.
Bir 6 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button