Cəmiyyət

Siyavuş Aslanın oğlu vəfat edib, nəşini təhvil alan yoxdur

Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov vəfat edib.

Jamaz.info qafqazinfo-ya istinadən xəbər verir ki, o, 5 gün öncə dünyasını dəyişib.

Məlumata görə, hazırda onun nəşi Sabunçu Tibb Mərkəzinin morqundadır və 5 gündür ki, Ç.Aslanovun cənazəsini təhvil alan yoxdur.

Qeyd edək ki, Çingiz Aslanov tüfeyli həyat tərzi yaşayırdı. Onun küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç.Aslanov 2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilsə də, öz istəyi ilə oranı tərk etmişdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button