Cəmiyyət

Siqaret satışı qadağan edildi

Belçika və Niderlandda supermarketkərdə və avtomatlar vasitəsilə siqaret satışı qadağan olunub.
Jamaz.info xəbər verir ki, Belçika və Niderland əhalinin tütn məmulatlarına çıxışını və siqaret satışını minimuma endirmək üçün tədbirləri sərtləşdirib.
Belçika hökumətinin siqaret satan avtomatların tamamilə ləğvilə bağlı qərarı parlamentdə təsdiqlənib. Nümayəndələr Palatasının təsdiqlədiyi təklifə əsasən, supermarketlərdən kənarda siqaret satan avtomatlar ləğv ediləcək.
Siqaret satışı avtomatları yalnız supermarketlərin görünməyən hissəsində yerləşdiriləcək və yaş məhdudiyyəti ilə əlaqədar tətbiq edilən xüsusi sikkələrlə istifadə ediləcək.
Qərarın gələn il qüvvəyə minəcəyi bildirilib.
Tənzimləmə tütün məmulatlarını daha az əlçatan etmək və yetkinlik yaşına çatmayanlara siqaret satışına qoyulan qadağanın icrasını asanlaşdırmaq məqsədi daşıyır.(bakupost)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button