Cəmiyyət

Sianidə məruz qalanda bədəndə nə baş verir? – Simptomları və zərərləri

Sianid təbiətdə bəzi qidalarda və bəzi bitkilərdə, həmçinin bəzi meyvələrin toxumlarında mövcuddur.
Sianid kağız, toxuculuq və plastik məmulatların istehsalı üçün istifadə olunur.
O, həmçinin fotoşəkillərin hazırlanmasında istifadə olunan kimyəvi maddələrdə mövcuddur. Sianid duzları metallurgiyada elektroörtmə, metal təmizləmə və qızılın filizindən çıxarılmasında, gəmilərdə və binalarda zərərvericiləri və həşəratları məhv etmək üçün istifadə olunur.
Sianid bədənin oksigendən istifadə qabiliyyətinə mane olan, sürətlə hərəkət edən, potensial ölümcül kimyəvi maddədir. Bu turşu bəzən acı badam qoxusunu verir, lakin heç də həmişə qoxu verməyə bilər və hər kəs bu qoxunu aşkar edə bilmir.

Bəs sianidə insanlar hansı-hallarda məruz qala bilərlər?
Havaya buraxıldıqdan sonra insanlar dəri və ya göz təması ilə, yaxud nəfəs yolu ilə, eyni zamanda suya buraxılmasından sonra insanlar suya toxunmaqla və ya içməklə də sianidə məruz qala bilərlər.
Sianidlə çirklənmiş yemək və içkilərə toxunmaq insanları sianidə məruz qoya bilər.
Sianid qazı hava şəraitindən asılı olaraq açıq yerlərdə tez dağılaraq onu daha az zərərli edir.

Sianidlə çirklənmiş qida
Şüşə və ya metal (plastik, kağız və ya parça qablar kimi) içərisində olmayan, bərk, maye və ya qaz halında təmasda ola biləcək qidalardan çəkinmək lazımdır.
Ərzaq zədələnməmiş möhürlənmiş şüşə və ya metal qabdadırsa, təhlükəsiz hesab oluna bilər. Ancaq istifadə etməzdən əvvəl qabın xarici hissəsini mütləq yumaq lazımdır.
Yemək qoxusu, dadı qeyri-adi gəlirsə, istifadə etməkdən çəkinin.

Sianidlərə məruz qalmanın əlamətləri və simptomları
Kiçik dozalarda sianidə məruz qaldıqda aşağıdakı əlamətlər və simptomlar özünü göstərə bilər:
Sinə ağrısı, başgicəllənmə, göz ağrısı, göz yaşarması, həyəcan, nəfəs almaqda çətinlik, baş ağrısı, ürəkbulanma, sürətli və ya yavaş ürək döyünməsi, sürətli və ya yavaş nəfəs alma, narahatlıq, nəfəs darlığı, qusma, zəiflik, xırıltı daxildir.
Sianidlə zəhərlənmənin simptomları böyük miqdarda sianidə məruz qaldıqda çox sürətlə inkişaf edə bilər. İstənilən yolla (nəfəs alma, dəri vasitəsilə udma, yemək və ya içmə) böyük miqdarda sianidə məruz qalma digər sağlamlıq təsirlərinə də səbəb ola bilər.
Koma, ölüm, yüksək və ya aşağı qan təzyiqi, şüur itkisi, ağciyər zədəsi, tutmalar və s. bu kimi simptomlar müşahidə edilə bilər.

Sağlamlığa təsirləri
Əhəmiyyətli dərəcədə sianidə məruz qalanlarda ürək, beyin və sinir xəstəlikləri yarana bilər.

Qeyd edək ki, son günlər Gədəbəyin Söyüdlü kənd sakinləri sianidin zərərlər təsirlərinə qarşı etiraz edirlər. Belə ki, sakinlər kənd ərazisində qızıl zavodunun tullantılarının axıdılması üçün ikinci süni gölün yaradılmasına qarşı çıxıblar. Onlar yaradılacaq gölün yaşadıqları əraziyə yaxın olduğunu, səhhətlərində ciddi problemlərə yol açacağını, həmçinin örüş sahələrinin də məhdudlaşdıracağını bildiriblər. Rəsmilər isə hələ ki ikinci gölün yaradılmasına icazə verilmədiyini deyiblər.(Yeniavaz.com)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button