Cəmiyyət

Separatçılar nağıllar aləmində yaşayır: “Dünənki aksiyadan sonra Azərbaycan yolu açacaq”

Qarabağdakı separatçıların nümayəndələrindən biri, özünü “Qarabağın sabahı” partiyasının sədri kimi təqdim edən Tiqran Petrosyan bu gün Laçın dəhlizi açılmazsa, atacaqları addımlardan danışıb.

Xatırladaq ki, Tiqran Petrosyan azərbaycanlılara qarşı xüsusi aqressiyası ilə seçilən şəxsdir. Bu yaxınlarda o, erməni mediasına açıqlamasında bildirmişdi ki, əgər Azərbaycanlılar Xankəndinə gələrsə, onlara qarşı silahdan istifadə edəcək. Bundan başqa, son bir neçə gündə Şuşa-Xankəndi yolunda aksiya iştirakçılarına qarşı yürüş təşkil edənlərdən biri də sözügedən şəxsdir.

Petrosyan dünən Xankəndidə keçirilən “mitinq”dən “vəcdə” gələrək, bildirib ki, onlara bu gün Laçın dəhlizinin açılacağını deyiblər. Bunu isə belə “əsaslandırıb” ki, guya, dünənki aksiyadan sonra guya, Azərbaycan tərəfi geri çəkiləcək. “Rus sülhməramlıları bizə bildirdilər ki, bu gün dəhliz açılacaq. Həm də bu gün Rusiyada görüşlər var. Gözləyək, görək, hansı qərar veriləcək. Biz də oradakı qərara uyğun hərəkət edəcəyik. Əgər yol açılmasa, sabah Xocalı hava limanına enib, orada Vvolkovla görüş tələb edəcəyik. Deyəcəyik ki, Pputinə zəng etsin. Putin zənglə problemi həll edə bilər. Əgər bizimlə maraqlanırsa, Əliyevdən soruşsun. Güzəşt yerimiz yoxdur”.

P.S. Tiqran Petrosyan da Aarayiklə Ruben kimi dünənki “aksiya”dan başgicəllənməsi keçirir. O elə zənn edir ki, Xankəndidə yığışıb, 5-10 nəfərlə aksiya keçirdiklərinə görə, Azərbaycan geri çəkiləcək. Daha bu sarsaq anlamır ki, rəsmi Bakının Xankəndidəki separatçıları nə dinləmək, nə görüşmək, nə də onların arzularını yerinə yetirmək fikri var. Əksinə, bu dəfə başlarına haradan və necə yumruq dəyəcək, heç özləri də bilməyəcəklər.

Digər tərəfdən, Azərbaycan Laçın dəhlizini bağlamayıb. Dəhliz açıqdır və dinc erməniləri istədikləri vaxt gəlib, gedə bilərlər. Amma bir şərtlə ki, yükləri də, özləri də yoxlanılacaq. Çünki iki ildir həmin yolla silah daşıyıb, Azərbaycana qarşı təxribat törətmək istəyənlərə bundan sonra güzəşt olmayacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button